Numan Kurtulmuş: İyulun 15-də yazılmış qəhrəmanlıq dastanını unutmayacağıq

Ankara, 15 iyul, ARHD.AZ





Numan Kurtulmuş: İyulun 15-də yazılmış qəhrəmanlıq dastanını unutmayacağıq


Türkiyə xalqı bundan sonra da sui-qəsdçilərə və terrorçulara qarşı müqavimət göstərəcək, kənar qüvvələrin marionetlərinin hakimiyyəti ələ keçirməsinə imkan verməyəcək. 2016-cı il 15 iyul qəhrəmanlıq dastanını unutmayacağıq və heç kimə unutdurmayacağıq.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Fetullah Gülenin başçılıq etdiyi “Paralel dövlət” (FETÖ) terror təşkilatı üzvlərinin hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhdinin qarşısının alınmasının doqquzuncu ildönümü ilə bağlı paylaşımında deyilir.

TBMM sədri 15 iyul hadisələrini “öz tarixinə milli qəhrəmanlıq dastanını qızıl hərflərlə yazan xalqın qürur mənbəyi” adlandırıb.

Parlamenti spikeri şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə və həlak olan qəhrəmanların ailə üzvlərinə təşəkkürünü bildirib.

O yazıb: “2016-cı ilin 15 iyul hadisələri Türkiyə xalqının demokratiyaya sadiqliyinin, çevriliş cəhdlərinə müqavimət göstərməyə hazır olmasının, canı bahasına Vətəni müdafiə etmək istəyinin bariz nümunələrindən biridir”.

N. Kurtulmuş qeyd edib ki, “15 iyul qəhrəmanları sayəsində Türkiyə gələcəyə daha böyük ümidlə baxır”.

Baxış sayı: 6 587

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə