Cənubi Koreyada rekord sayda pasiyent istivurma səbəbindən xəstəxanaya müraciət edib

Pekin, 11 iyul, ARHD.AZ





Cənubi Koreyada rekord sayda pasiyent istivurma səbəbindən xəstəxanaya müraciət edib


Cənubi Koreyada cari yay mövsümündə rekord sayda pasiyent isti havanın sağlamlığa mənfi təsirləri ilə əlaqədar xəstəxanalara müraciət edib.

ARHD.AZ Cənubi Koreya mediasına istinadla xəbər verir ki, mayın ortasından indiyədək 1228 nəfər isti havanın səbəb olduğu sağlamlıq problemləri ilə əlaqədar tibb ocaqlarında stasionar və ambulator müalicə alıb.

Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasında deyilir ki, müvafiq hesabatın aparılmasına başlandığı 2011-ci ildən bəri ilk dəfə rəqəm 1000-i ötür. Bu ilki rəqəm ötən ildəkindən 2,5 dəfə çoxdur. Təkcə iyulun 8-də istivurmadan 238 nəfər xəstəxanalara müraciət edib. Bundan başqa, isti havanın fəsadları səbəbindən 8 nəfər həyatını itirib.

Qeyd edək ki, iyunun son günlərindən bəri Cənubi Koreyada anomal istilər müşahidə olunur. Bu dövrdə havanın orta temperaturu 31 dərəcə Sesli olub. Mərkəz açıq havada işləyənlərə, o cümlədən balıqçılara, kənd təsərrüfatı işçilərinə, tikintidə çalışanlara uzun müddət istidə qalmamaq, xeyli su içmək barədə xəbərdarlıq edib.

Baxış sayı: 7 658

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə