Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi

Paris, 7 iyul, ARHD.AZ



Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi


Son vaxtlar Fransanın “Rafale” hərbi qırıcısı nüfuzunu itirməkdədir. Peru hökuməti də “Rafale”dan yan keçərək, İsveç istehsalçısı “Saab”ın “Gripen” döyüş təyyarələrinə üstünlük verib.

ARHD.AZ xəbər verir ki, Peru hökuməti İsveç istehsalçısı “Saab”dan 3,5 milyard dollara 24 “Gripen” təyyarəsi almağa hazırlaşır. Bu barədə ”Peru21” xəbər saytı məlumat yayıb. Bu, Fransa “Rafale”ı üçün pis xəbər və böyük zərbədir.

Peru hökumətinin “Saab Gripen”lə bağlı seçimi xərc məsələsi ilə izah olunub. İsveç, həmçinin Peruya birbaşa və dolayı sərmayələr, eyni zamanda, texniki xidmət və hissələrin istehsalına dəstək daxil olmaqla, xüsusilə əhəmiyyətli texnologiya transferi proqramını vəd edib.

Belçika da ABŞ-ın F-35 qırıcılarına üstünlük verib. Belçika bir milyard avroya 11 ədəd yeni F-35 qırıcısı aldığını elan edib. Fransa Belçikaya öz “Rafale”ni satmağa çalışırdı. Lakin Belçika müdafiə nazirinin sözlərinə görə, F-35 “Rafale” da daxil olmaqla, digər rəqiblərini üstələyir.

Baxış sayı: 5 676

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə