Papa Leo: Müharibəni dayandırın

Vatikan, 22 iyun, ARHD.AZ




Papa Leo: Müharibəni dayandırın


Müharibə faciəsini düzəlməz uçuruma çevrilməmiş dayandırın

ARHD.AZ xəbər verir ki, bu fikirləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı səsləndirib.

Roma Papası beynəlxalq ictimaiyyəti və diplomatiya üzvlərini silahları susdurmağa, geri dönüşü olmayan yola çıxmazdan əvvəl ağılla və məsuliyyətlə davranmağa çağırıb: “Yaxın Şərqdə gərginlik maksimum səviyyədədir. Həyəcanlı xəbərlər bir-birini izləyir, xüsusən də İrandan. Müharibə problemləri həll etmir, əksinə onları gücləndirir və xalqların tarixində dərin yaralar açır. Heç bir silahlı qələbə anaların ağrısını, uşaqların qorxusunu və oğurlanmış gələcəyi kompensasiya edə bilməz. Bəşəriyyət qışqırır və sülhə çağırır. Qoy diplomatiya silahları susdursun”.

Papa Leo Qəzzadakı vəziyyətdən narahatlığını ifadə edib, humanitar dəstəyin aktuallığının getdikcə daha çox artdığını bildirib.

Baxış sayı: 4 436

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə