Qazaxıstan və Çin nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq

Astana, 17 iyun, ARHD.AZ




Qazaxıstan və Çin nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinlə nüvə energetikası sahəsində əməkdaşlığa dair Sazişin hazırlanma mərhələsində olduğunu bildirib.

ARHD.AZ “Kazinform”a istinadla xəbər verir ki, Prezident bu barədə Astanada keçirilən ikinci “Mərkəzi Asiya – Çin” sammitində çıxışı zamanı deyib.

“Regional sabitliyin əsas amili enerji sahəsində əməkdaşlıqdır. Mərkəzi Asiyada dünyanın uran ehtiyatlarının 20 faizi, neftin 17 faizdən çoxu, təbii qazın isə 7 faizi, həmçinin nadir torpaq metalları üzrə böyük ehtiyatlar cəmlənib. Başqa sözlə, bu sahədə əməkdaşlıq potensialı həddindən artıq böyükdür. Biz qabaqcıl texnologiyaların mübadiləsinin fəallaşacağına və enerji infrastrukturunun modernləşdirilməsinin həyata keçiriləcəyinə ümid edirik”, – deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Prezident regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, texnoloji inkişaf və enerji mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib.

“Çin Xalq Respublikasının nüvə energetikasının inkişafı sahəsində zəngin və uğurlu təcrübəsini nəzərə alaraq, bu strateji sahədə davamlı əməkdaşlığın qurulmasında maraqlıyıq. Yaxın vaxtlarda bu sazişin imzalanmasına hazırlaşırıq”, – deyə Qazaxıstan Prezidenti əlavə edib.

Qeyd edək ki, daha əvvəl Çinin CNNC şirkətinin Qazaxıstanda ikinci Atom Elektrik Stansiyasının tikintisi üzrə konsorsiumun lideri elan edildiyi barədə məlumat yayılmışdı.

Baxış sayı: 5 123

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə