Kasım-Jomart Tokayev: Azərbaycanla münasibətlər bizim üçün çox böyük əhəmiyyətə malikdir

Bakı, 11 mart, ARHD.AZ



Kasım-Jomart Tokayev: Azərbaycanla münasibətlər bizim üçün çox böyük əhəmiyyətə malikdir


Azərbaycanla münasibətlər bizim üçün çox mühüm əhəmiyyətə malikdir. ARHD.AZ Qazaxıstanın dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri Prezident Kasım-Jomart Tokayev Astanada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

O əlavə edib: “Səfəriniz qardaş Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanla əlaqələr bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Kasım-Jomart Tokayev vurğulayıb ki, onun ölkəsi Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq hesab edir.

Ceyhun Bayramov “Azərbaycan Hava Yolları” QSC-ə məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciə zamanı göstərdiyi operativ köməyə görə Qazaxıstan tərəfinə Prezident İlham Əliyev və Azərbaycan xalqı adından minnətdarlığını bildirib.

Görüş zamanı iri strateji layihələrin həyata keçirilməsi, o cümlədən Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin və dərin dəniz elektrik kabelinin çəkilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Baxış sayı: 4 647

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə