Belarus XİN İsrail-İran gərginliyinin artmasından dərin narahatlığını bildirib

Kiyev, 13 iyun, ARHD.AZ



Belarus XİN İsrail-İran gərginliyinin artmasından dərin narahatlığını bildirib


Belarus Respublikası İsrail ilə İran arasında hərbi eskalasiyanın yeni raundu və mülki əhalinin, o cümlədən uşaqların ölümü ilə bağlı xəbərlərdən çox narahatdır.

ARHD.AZ xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatla çıxış edib.

Nazirlik qeyd edib: “Münaqişənin hərbi güc ssenarisi regional sabitlik və təhlükəsizliyə ciddi təhdid yaradır, humanitar fəlakət riski daşıyır və gözlənilməz qlobal nəticələrə səbəb ola bilər”.

Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa, məsuliyyətli davranmağa və Yaxın Şərqdəki vəziyyətin hərtərəfli nizamlanmasına yönəlmiş beynəlxalq ictimaiyyətin siyasi və diplomatik səylərinə mənfi təsir göstərə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Bəyanatda vurğulanıb: “Belarus vətəndaşlarına mövcud vəziyyəti nəzərə almağı, münaqişə zonasına daxil olan ölkələrə səyahət etmək zərurətini diqqətlə ölçüb-biçməyi və belə səfərləri planlaşdırarkən bir sıra dövlətlərin hava məkanından istifadəyə məhdudiyyətlərin mümkün tətbiqi, eləcə də hava limanının fəaliyyətinin dayandırılması ilə bağlı aviasiya orqanlarının rəsmi bildirişlərinə nəzarət etməyi tövsiyə edirik. Hazırda regionda olan Belarus Respublikası vətəndaşlarını onları qəbul edən ölkənin hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə və tövsiyələrinə riayət etməyə çağırırıq”.

Baxış sayı: 5 322

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə