Bakı, 11 iyun, ARHD.AZ
Azərbaycanın və Özbəkistanın Baş nazirləri Daşkənddə Ümummilli Lider Heydər Əliyevin barelyefini ziyarət ediblər
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov iyunun 11-də Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefini ziyarət ediblər.
ARHD.AZ xəbər verir ki, Baş nazirlər barelyefin önünə gül dəstələri qoyub, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.

























