Türkiyənin iki şəhərində Azərbaycanın investisiya imkanları təqdim ediləcək

Ankara, 6 iyun, ARHD.AZ



Türkiyənin iki şəhərində Azərbaycanın investisiya imkanları təqdim ediləcək


Mayın 10-11-də Türkiyənin Erzincan və Erzurum şəhərlərində “Azərbaycanda investisiyalar və biznes imkanları” mövzusunda tədbirlər keçiriləcək.

ARHD.AZ xəbər verir ki, Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlərin təşəbbüskarı ölkəmizin Türkiyədəki Ticarət Nümayəndəliyidir.

Təşəbbüs Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən fəal şəkildə dəstəklənəcək.

Tədbirlərin birincisi mayın 10-da Erzurum Ticarət və Sənaye Palatasının binasında baş tutacaq. Ertəsi gün isə Erzincanda ölkəmizin investisiya imkanlarının təqdimatı nəzərdə tutulub.

Video təqdimatların, həmçinin Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyevin, eləcə də ticarət və sənaye palatalarının rəhbərlərinin çıxışları planlaşdırılır.

Xatırladaq ki, daha əvvəl Türkiyənin İğdır, Bursa, Afyonkarahisar və digər şəhərlərində Azərbaycanın iqtisadi imkanları mövzusunda tədbirlər və dəyirmi masalar keçirilib.

Baxış sayı: 6 473

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə