NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında Alyansın ən böyük silahlanma proqramı təsdiqlənib

Berlin, 6 iyun, ARHD.AZ



NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında Alyansın ən böyük silahlanma proqramı təsdiqlənib


NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldəki toplantısında üzv dövlətlər üçün yeni hərbi qabiliyyət hədəfləri barədə razılıq əldə olunub. Son onilliklər ərzində ən böyük hərbi gücləndirmə proqramı çərçivəsində üzv dövlətlərə hərbi hədəflər təyin olunub. Lakin bu hədəflərin konkret detalları ciddi şəkildə məxfi saxlanılır.

ARHD.AZ “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, yeni plan NATO-nun Rusiya tərəfindən artan təhdidlərə qarşı müdafiə və çəkindirmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. NATO hərbi qabiliyyət göstəricilərini 30 faiz artırmaq niyyətindədir. Əsas prioritetlərə uzaqmənzilli silah sistemləri, hava hücumundan müdafiə və mobil quru qüvvələri daxildir.

Bu toplantı iyunun 24-25-də Haaqada keçiriləcək NATO Sammitinə hazırlıq xarakteri daşıyıb. NATO Sammitində üzv ölkələrin müdafiə xərclərinin artırılması gündəliyin əsas mövzusu olacaq. ABŞ müdafiə xərclərinin ümumi daxili məhsulun 5 faizi səviyyəsinə çatdırılmasını tələb edir. Niderlandın müdafiə naziri Pet Heqset NATO dövlətlərinin bu istiqamətdə konsensusa çox yaxın olduğunu açıqlayıb. Lakin o, bu hədəfə hələ də çatmayan bir neçə ölkənin olduğunu da vurğulayıb.

Alyansın Baş katibi Mark Ruttenin təklifinə əsasən, üzv ölkələr 2032-ci ilədək ümumi daxili məhsulun 3,5 faizini birbaşa müdafiə xərclərinə, 1,5 faizini isə müdafiə ilə əlaqəli infrastruktur layihələrinə ayırmalıdır. Almaniya və Fransa bu plana artıq dəstək verib. Almaniyada bu göstəricinin mərhələli şəkildə artırılması planlaşdırılır və 2032-ci ilədək 3,5 faizə çatması gözlənilir. Müdafiə naziri Boris Pistorius Silahlı Qüvvələrin bu tələblərə cavab vermək üçün əlavə 60 min aktiv əsgərə ehtiyacı olduğunu bildirib.

Baxış sayı: 8 748

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə