Qazaxıstanda helikopter və PUA istehsal edən zavod tikiləcək

Astana, 4 iyun, ARHD.AZ




Helikopter və PUA istehsal edən zavod Qazaxıstanda tikiləcək


Qazaxıstanın Türküstan vilayətində helikopter və dronların, o cümlədən insan və yüklərin daşınması üçün pilotsuz təyyarələrin istehsalı üzrə yeni zavod tikilə bilər.

ARHD.AZ-ın Türküstan vilayəti rəhbərinin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, vilayətin başçısı Nuralxan Kuşerov ilə sərmayədarın nümayəndəsi arasında görüş keçirilib, layihənin həyata keçirilməsi şərtləri müzakirə olunub.

Xarici şirkət Türküstan bölgəsinə 290 milyon dollara yaxın investisiya yatırmaq niyyətindədir. Zavodun 150-dək yeni iş yerinin yaradılmasına və region sənayesində yeni sahələrin inkişafına təkan verəcəyi gözlənilir.

Müəssisə helikopter və dronların həm mülki, həm də potensial xüsusi modellərini istehsal edəcək. Onlardan logistika, kənd təsərrüfatı, turizm, infrastrukturun monitorinqi və digər sahələrdə istifadə olunacaq.

Layihə iqtisadiyyatın sürətlə inkişaf edən sektoruna - aşağı hündürlükdə aviasiyaya, yəni, 3000 metrə qədər yüksəklikdə uçan təyyarələrə yönəlib. Əsas diqqət şəhər hava nəqliyyatı, yüklərin çatdırılması və dronlardan istifadə etməklə təcili yardım, eləcə də onların kənd təsərrüfatı və sənaye sektorlarında istifadəsinə yetirilib.

Baxış sayı: 7 457

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə