“Nvidia” ən dəyərli şirkətlər reytinqində birinci yerə yüksəlib

Bakı, 4 iyun, ARHD.AZ



“Nvidia” ən dəyərli şirkətlər reytinqində birinci yerə yüksəlib


ABŞ-ın qrafik prosessorlar istehsalçısı “Nvidia” texnologiya şirkəti “Microsoft”u geridə qoyaraq dünya bazarlarına liderlik edən bahalı şirkətlər reytinqində birinci yerə yüksəlib.

ARHD.AZ xəbər verir ki, bu barədə məlumat “TradingView” platformasında dərc olunan reytinqdə öz əksini tapıb.

Hazırda “Nvidia” şirkətinin bazar kapitallaşması 3,45 trilyon dollar təşkil edir. ABŞ-ın NASDAQ birjasında şirkətin səhmlərinin qiyməti 141,22 dollara çatıb. Eyni zamanda, “Microsoft” şirkətinin kapitallaşması 3,44 trilyon dollar, səhmlərinin dəyəri isə 462,97 dollar olub. Reytinqdə üçüncü yerdə qərarlaşan “Apple” şirkətinin bazar kapitalı 3,04 trilyon dollar, səhmlərinin qiyməti isə 203,79 dollardır.

Bazar kapitallaşmasının həcminə əsaslanan “TradingView” reytinqi dünyanın aparıcı şirkətlərini təmsil edir.

Bu arada, “Bloomberg” agentliyinin proqnozuna görə, ABŞ-ın Çinə mikroçip ixracına tətbiq etdiyi məhdudiyyətlər səbəbindən “Nvidia” təxminən 5,5 milyard dollar itirə bilər.

1993-cü ildə əsası qoyulmuş “Nvidia” qrafik prosessorların və digər çiplərin istehsalı ilə məşğul olur. Mənzil-qərargahı Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşən şirkətin məhsullarından süni intellekt, videooyun və avtomobil sənayesində geniş istifadə edilir.

Baxış sayı: 5 645

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə