BYD-nin bazar kapitallaşması “VW”, “GM” və “Ford” kompaniyalarının ümumi dəyərini üstələyir

Bakı, 18 mart, ARHD.AZ



BYD-nin bazar kapitallaşması “VW”, “GM” və “Ford” kompaniyalarının ümumi dəyərini üstələyir


Çinin avtomobil istehsalçısı BYD-nin bazar kapitallaşması dünyanın ənənəvi avtomobil sənayesi liderləri - “Volkswagen” (“VW”), “Ford” və “General Motors” (“GM”) kompaniyalarının ümumi dəyərini üstələyib.

ARHD.AZ xəbər verir ki, “Handelsblatt” qəzetinin məlumatına görə, martın 18-də Honqkonq birjasında BYD-nin səhmlərinin 6 faiz bahalaşması şirkətin bazar kapitallaşmasını təxminən 162 milyard dollara çatdırıb. Bu da “Volkswagen”, “Ford” və “General Motors” kompaniyalarının ümumi dəyərindən çoxdur.

Bu arada, martın 17-də BYD elektrik avtomobilləri üçün yeni akkumulyator doldurma sistemini təqdim edib. Şirkətdən verilən məlumata görə, yeni texnologiya elektromobilləri təxminən beş dəqiqəyə enerji ilə doldurmağa imkan verir. Doldurmadan sonra avtomobil 470 kilometr məsafə qət edə bilir. BYD 4 min ədəd belə enerji doldurma stansiyası tikməyi planlaşdırır.

Baxış sayı: 4 393

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə