Avropa İttifaqında işsizlik səviyyəsinə dair yeni məlumatlar açıqlanıb

Praqa, 3 iyun, ARHD.AZ



Avropa İttifaqında işsizlik səviyyəsinə dair yeni məlumatlar açıqlanıb


Bu gün cari ilin aprel ayı üçün Avropa İttifaqı ölkələrində işsizlik səviyyəsinə dair məlumatlar açıqlanıb. İşsizlik səviyyəsi 5,9 faiz səviyyəsində qalıb. İllik müqayisədə göstərici 0,1 faiz azalıb.

Bu barədə ARHD.AZ “Eurostat” statistika idarəsinin hesabatına istinadən məlumat verir.

Toplanmış məlumatlara görə, ən aşağı işsizlik səviyyəsi Çexiyada 2,7 faiz (ay ərzində 0,1 faiz artıb) və Maltada 2,7 faiz (0,1 faiz azalıb) qeydə alınıb.

Apreldə Polşa və Bolqarıstanda işsizlik səviyyəsi 4 faizdən aşağı olub və hər iki ölkədə 3,3 faiz təşkil edib. Bundan başqa, Almaniyada 3,6 faiz, Kiprdə 3,7 faiz, Niderlandda isə 3,8 faiz işsizlik səviyyəsi olub.

Avrozonada işsizlik səviyyəsi 6,2 faiz olub və mart ayı ilə müqayisədə 0,1 faiz azalıb. İllik müqayisədə avrozonada işsizlik 0,2 faiz azalma göstərib.

“Eurostat”ın qiymətləndirmələrinə görə, aprel ayında Avropa İttifaqında işsiz sayılanların sayı 12,902 milyon nəfər olub. Onlardan 10,680 milyon nəfəri avrozonada yaşayır. Mart ayı ilə müqayisədə işsizlik səviyyəsi Avropa İttifaqında 188 min nəfər, avrozonada isə 207 min nəfər azalıb. İllik müqayisədə isə işsizlərin sayı Avropa İttifaqında 217 min, avrozonada 343 min nəfər azalıb.

Avropa İttifaqında 25 yaşadək gənclər arasında işsizlik səviyyəsi aprel ayında 14,8 faiz olub və əvvəlki aya nisbətən 0,2 faiz azalıb. Avrozonada isə gənclər arasında işsizlik 14,4 faiz təşkil edib (əvvəlki ay 14,8 faiz olub).

Baxış sayı: 5 853

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə