Rumıniyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Bakı, 26 may, ARHD.AZ


Rumıniyada keçirilmiş prezident seçkilərinin qalibi Nikuşor Dan parlamentin yuxarı və aşağı palatalarının birgə iclasında and içib.

ARHD.AZ xəbər verir ki, Nikuşor Dan bundan sonra prezident sarayına gedərək orada səlahiyyət müddəti başa çatan İlie Bolojanla görüşəcək.

Prezident seçkilərinin ikinci turunda Nikuşor Dana məğlub olan Corce Simionun “Rumınların Birləşməsi Uğrunda Alyans” millətçi partiyasının deputatları andiçmə mərasimində iştirak etməyiblər. Digər ölkələri seçki prosesinə müdaxilədə günahlandıran Simion səsvermənin nəticələrinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmayıb.

Xatırladaq ki, mayın 18-də Rumıniyada keçirilmiş prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Dan 53,6 faiz səslə qalib gəlib. Onun əsas rəqibi, Corce Simion isə seçicilərin yalnız 46,4 faizinin səsini qazana bilib.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə