Səudiyyə və Küveyt sərhədində zəngin neft ehtiyatları kəşf edilib

Bakı, 26 may, ARHD.AZ


Səudiyyə Ərəbistanı və Küveyt bazar ertəsi, mayın 26-da iki ölkə arasında bölünmüş zonada yeni neft ehtiyatlarının kəşf olunduğunu elan ediblər. 

Agentlik xəbər verir ki, neft hər iki ölkənin hökumətləri tərəfindən Vafra birgə əməliyyatları çərçivəsində “Vafra” yatağından 5 kilometr şimalda yerləşən Şimali Vafra - Burqan yatağında aşkar edilib. Bu, 2020-ci ilin ortalarında Səudiyyə Ərəbistanı və Küveyt arasında ortaq sərhəd bölgəsi olan bölünmüş zonada və ona bitişik dəniz bölgəsində hasilat əməliyyatlarının bərpasından bəri ilk kəşfdir.

“Kəşf hər iki ölkənin etibarlı qlobal enerji təchizatçısı kimi mövqeyinə, kəşfiyyat və hasilat sektorundakı imkanlarına müsbət təsiri baxımından çox əhəmiyyətli hesab edilir”, -deyə SPA bildirib.

Baxış sayı: 3 515

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə