Hüquq-mühafizə orqanları insanları asayişini bərqərar etmələrində vasitəçi olmaqla bərabər insanları zorakılıqdan vəhüquqlarının pozulmasından qorumalıdır. Necə ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və polisləri kimi. Əsla zorakılıqa yol verməyən və zorakılıq edənlərə belə yalnız qanunları xatırladan hümanist polislərimiz digər ölkələrdə hümanistliyi və xalqcanlılıqları ilə örnəkdirlər. Çünki polis demək xalqın qoruyucusu, hümanistlik yaradan, yaşanan qarmaqarışıqları aydınlaşdıran “qoruyucu qəhrəman” deməkdir.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və polisləri bu adi layiqincə yaşadır, yeni nəsillərə ötürür və bütün dünyaya nümayiş etdirir. Yaşanan hadisələrdə hər zaman ilk olaraq insanların hüquqlarını asayişini düşünən və ona uyğun olaraq vətəndasları sakitləşdirməyə çalışan polislərimiz heç kimə zorakılıq etmir, əksinə, qanunpozanları yalnız qanuna əsasən cəzalandırır, halbuki, digər xarici polislər kimi zorakılıqa əl atmirlar. Lakin bunu özlərinə yaraşdırmayan qürurlu polislərimiz hər dəfə öz hümanistliyindən əsla vaz keçmir. Əgər cüzi bir şey dəyişsəydi, o zaman Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları – polislərimizin digərləridən heç bir fərqi olmazdı.
Bəli, bizlərin fərqimiz milliyətsevərliyimizdir xalqçılığımızdır. Bunu qarşı tərəflərə dəfələrlə nümayiş etdirən, “Biz xalqımızın qoruyucularıyıq, qəhrəmanlarıyıq!” deyən Azərbaycan polisləri var olsun.
DİN orqanlarının maddi-texniki bazası da ildən-ilə möhkəmlənir və modernləşir. Bütün bunlar cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin etibarlı təşkilindən qaynaqlanır. Bir sözlə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən də yüksək dəyərləndirilir. Qərb və Avropa təmsilçiləri bu fikri daim bəyan edirlər ki, Azərbaycanda ictimai sabitlik etibarlı qorunur. Azərbaycan polisinin bu istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Bu, həm də o həqiqətin göstəricisidir ki, Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan digər hüquq-mühafizə orqanları ilə birgə Azərbaycan polisi dayanır.
Qanunlara tənzimlənən DİN fəaliyyəti o qədər görünən üzdədir ki, o hadisələrin və proseslərin içindədir. Yəqin ona görədir ki, polisin davranışları insanlar tərəfindən diqqətdə saxlanılır. Yenə o fikrə gəlirik ki, polis hadisə və prosesləri yozanların nə deməsindən asılı olmayaraq, ümumi maraqların təminatçısıdır. Deməli, səadət axtarışında olan insan başlıca xoşbəxtliyini ictimi təhlükəsizliyin etibarlı təminatında görür. Bu gün cəmiyyətin bütün sahələri üçün vacib olan sabitliyi yaradan və qoruyan, vətəndaş asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Azərbaycan polisləridir.
Daxili İşlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir. Hər peşənin fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu xidmət sahələrinin içində polisin əməyi çətinliyi və məsuliyyəti ilə daha spesifikdir. O, yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir". Məhz ulu öndərin məqsədyönlü siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində polis müstəqil Azərbaycanın dövlətçilik tarixində sabitliyin, ictimai rifah və təhlükəsizliyin qarantına çevrildi. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunduğu və kriminal durumun nəzarət altına alındığı ölkələr sırasına daxil olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş islahatlara əsasən daxili işlər orqanlarının fəaliyyətini, həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradıldı, nazirlik sistemində günün tələblərinə cavab verən yeni qurumlar təsis edildi. Həyata keçirilmiş islahatlar nəticəsində ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyi pozan təhlükələrə qarşı əsaslı mübarizə başladı, vətəndaşlarımızın dinc, əmin-amanlıq içərisində yaşamalarına zəruri şərait yaradıldı. İctimai-siyasi sabitliyin yaradılması həm də milli iqtisadiyyatın inkişafına, xarici sərmayədarların Azərbaycana maraq göstərmələrinə təkan verdi.
Son illər Daxili İşlər Nazirliyində, polis orqanlarında böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar.
Polis cinayətkarlıqla mübarizə aparır. Dövlətin hüquqlarını qoruyur. Amma, eyni zamanda, polis hər bir vətəndaşın hüququnu qoruyur. Cinayətkar təkcə dövlətə qarşı cinayət etmir ki. Dövlətə qarşı cinayət edənlər, Allaha şükürlər olsun ki, tamamilə azalıbdır. Cinayət edən başqa bir vətəndaşın hüququnu pozur. Nəinki hüququnu pozur, ağır cinayətlər edir. Ona görə polisin vəzifəsi, borcu həm dövlətin mənafelərini qorumaq, dövlətin siyasətini həyata keçirmək, həm də bizim Konstitusiyada göstərildiyi kimi, vətəndaşların hüquqlarını qorumaqdır, vətəndaşın təhlükəsizliyini təmin etməkdir ki, vətəndaş rahat yaşaya bilsin.
Vətəndaşların müraciətlərinə baxılmasına, insan hüquq və azadlıqlarının qorunmasına Azərbaycan polisi həssaslıqla yanaşır. Bu gün vətəndaş inanır ki, onun hüquq və azadlıqlarının, təhlükəsizliyinin, sağlamlığının, mülkiyyətinin keşiyində dövlət orqanları dayanır. Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir. Vətəndaş onun problemlərinİ vaxtında həllinə ədalətli münasibət, müraciətlərinə həssas yanaşma göstərən dövlətə etimad bəsləyir, onu dəstəkləyir. Ölkədəki əmin-amanlığın və qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsi mühüm amil olduğundan əhalidən daxil olan müraciətlər diqqətlə araşdırılır və müvafiq ölçülər götürülür.
Şəxsi heyətin təlim-tərbiyəsi, xidməti və icra intizamının güclənməsi, əməkdaşların anda, davranış qaydalarına, etik normalara riayət etmələri sahəsində əldə olunan uğurların qorunub saxlanması, eləcə də mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılması Baş İdarə rəhbərliyinin diqqət mərkəzindədir. Vətəndaşların qəbulu işinin təşkili və aparılmasında qarşılama, dinləmə, ünsiyyət qurma və izah etmə bacarıqlarına malik əməkdaşların iştirakı məqsədəuyğun hesab edilir.
Azərbaycan polisi avropa polisinə nümunədir. Belə ki avropa da müşahidələrim əsasında birdaha deyə bilərəm ki, avropa polisi vətəndaşlarına qarşı polis dəyənəkləri, göz yaşardıcı qazlardan habelə tüstü bombalarından istifadə edir. İnsan haqları prinsiplərini tapdalayır, vətəndaşlara zorakılıq göstərir. Avropanın həryerdə bağıra-bağıra dediyi insan haqları və hüquqları öz içlərində heçə sayılır. Vətəndaşların soz və azadlığı tapdalanır. Şahid olduğum bir neçə ixtişaş nəticəsində vətəndaşların azadlıq üçün mitinqlərind döyülməsi və zorakılıqla haqlarının tapdanılması baş vermişdik. Su şırnakqlarıyla vətəndaşları mitinq ərazisindən uzaqlaşdırmaq və döyülmə faktları ortaya çıxmışdır. Avropanın göbəyindən birdaha femək istəyirəm ki, Azərbaycan Hüquq Mühafizə orqanları Avropaya nümunədir !.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov’un xidməti dövründə cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdiyini və xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması göz qabağındadır. Son illər ərzində nazirliyə rəhbərlik edən general-polkovnik Vilayət Eyvazovun fəaliyyəti müstəqillik tariximizin ən mürəkkəb, eyni zamanda ən şərəfli dövrlərinə təsadüf edib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov’un xidməti dövründə Daxili İşlər Nazirliyinin nizam- intizami ən üst səviyəyə çatmışdır. Eyni zamanda vətəndaş-polis münasibətləri müsbət doğru irəliləmişdir. Cənab General mütəmadi olaraq gözəl bölgələrimizə səyahətlər edir və vətəndaş qəbulları keçirir. Vətəndaşların müraciətini hər zaman dinləyən cənab nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verir. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülür və vətəndaşlarımız tam təmin olunur. Bu cənab nazir Vilayət Eyvazov’un vətəndaşlarımıza diqqət və qayğısıdır.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair daim tapşırıqlarını verir. Cənab nazir hər zaman Daxili İşlər Nazirliyi'nin bütün sahələrini diqqət mərkəzində saxlayır.
General-polkovnik Vilayət Eyvazov’un rəhbərliyi ilə ölkəmizdə ictimai asayişin təmin edilməsində, vətəndaşların təhlükəsizliyinin qorunmasında, xüsusəndə polisinin böyük fədakarlıq nümayiş etdirdiyi danılmaz faktdır. Ayrı-ayrı vaxtlarda polisimizə qarşı aparılan məqsədyönlü çirkin kampaniyalara baxmayaraq, bu sistemdə hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu getdikcə artır. Bu, bir faktdır ki, ölkəmizdə xaosun, dərəbəyliyin, kriminal ünsürlərin sayının artmasında maraqlı olan qüvvələr Azərbaycan polisinin güclü olmasını istəmir. Amma Vətənini sevən hər kəs bilir ki, Azərbaycanda hər hansı təhlükə anında polis vətəndaşının yanındadır. Yəni təhlükə hiss etdiyi anda gözü polisini axtaran hər kəs əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü riskə atar. Bütün bunlara görə Azərbaycan polisi ilə qürur duymağa dəyər. Biz Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov’a xüsusi diqqəti üçün təşəkkür edirik.