Qazaxıstan Silahlı Qüvvələri PUA operatorlarının hazırlığını gücləndirəcək

Astana, 23 may, ARHD.AZ


Qazaxıstan Müdafiə Nazirliyinin Kollegiyasının Karaqanda qarnizonunda keçirilən səyyar iclasında 2024–2025-ci illərin qış tədris dövrünün yekunları dəyərləndirilib, yay tədris dövrü üçün prioritet fəaliyyət istiqamətləri müəyyən olunub.

ARHD.AZ Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov iclas zamanı dəyişən geosiyasi vəziyyətə diqqət çəkib. Müasir döyüş əməliyyatlarının aparılması ilə bağlı xarici təcrübənin təhlili əsasında Qazaxıstan ordusunun hazırlığı üçün əsas prioritetləri qeyd edib.

Nazir komandanlıq heyəti qarşısında bir sıra əsas vəzifələr qoyub. Bunlara PUA operatorlarının taktiki kəşfiyyat üzrə tapşırıqları yerinə yetirməklə hazırlanması, döyüş və xüsusi hazırlıq üzrə praktiki məşğələlərin təşkili, mühəndis-istehkam bölmələrinin təlimi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, silahlarla davranış qaydalarına əməl olunması və digər məsələlər daxildir.

Baxış sayı: 3 520

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə