Zelenski İstanbul danışıqlarına dair yeni detalları açıqladı

Kiyev, 14 may, ARHD.AZ


Ukrayna İstanbul danışıqları ilə bağlı növbəti addımlarına Rusiyanın nümayəndə heyətinin tərkibini açıqlamasından sonra qərar verəcək.

ARHD.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski qeyd edib ki, bu gün komandası ilə Türkiyədə danışıqların formatı ilə bağlı bir sıra görüşlər keçirib. Onun sözlərinə görə, o, Rusiyadan gələn nümayəndə heyətinin tərkibinin açıqlanmasını gözləyir və bundan sonra Ukraynanın hansı addımlar atmalı olduğunu müəyyənləşdirəcək.

"Mediada onlardan gələn siqnallar hələ inandırıcı deyil. Amma biz onu da eşidirik ki, Prezident Tramp Türkiyədə olmaq imkanını nəzərdən keçirir. Ona görə də bu, ən güclü arqument ola bilər. Bir həftə həqiqətən çox şeyi dəyişə bilər, amma ola bilər... İndi bütün bunlara qərar verilir", - deyə Zelenski bildirib.

O, bir daha xatırladıb ki, indi hərbi əməliyyatların sonu Rusiyadan asılıdır.

"Ukrayna istənilən formatda danışıqlara hazırdır və biz görüşlərdən qorxmuruq. Sabah - Türkiyədəyik", - deyə Prezident vurğulayıb.

Qeyd edək ki, Vladimir Putinin elan etdiyi üç günlük 8-11 mayda atəşkəs başa çatdıqdan sonra Ukrayna “Qətiyyətlilər Koalisiyası” ölkələri ilə birlikdə mayın 12-dən – 30 gün müddətinə tam atəşkəs tələbi irəli sürüb. İmtina ediləcəyi təqdirdə, Avropa İttifaqı Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etməklə hədələyib.

Buna cavab olaraq Putin bəyan edib ki, Moskva ultimatumları qəbul etmir və əvəzində mayın 15-də İstanbulda sülh danışıqlarını bərpa etməyi təklif edib. Türkiyə bu prosesdə vasitəçilik etməyi qəbul edib.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə