Ankara, 13 may, ARHD.AZ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 13-də Ankarada NATO-nun Baş katibi Mark Rutteni qəbul edib.
ARHD.AZ xəbər verir ki, Şimali Atlantika Alyansının Baş katibi NATO ölkələrinin xarici işlər nazirlərinin 14-15 may tarixlərində Antalyada keçiriləcək qeyri-rəsmi görüşü ərəfəsində Ankaraya səfər edib.
Mətbuat üçün qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.