Fransa Baş nazirinin reytinqi ən aşağı həddə düşüb

Paris, 6 may, ARHD.AZ



Fransa Baş nazirinin reytinqi ən aşağı həddə düşüb


Fransanın Baş naziri Fransua Bayrunun reytinqi tarixi minumuma enib.

ARHD.AZ xəbər verir ki, Elabe sorğu və tədqiqat mərkəzinin apardığı sosial sorğunun nəticələrinə görə fransızların yalnız 17 faizi baş nazirə etimad edir.

Bu, Fransanın F.Bayrunun ən aşağı etimad səviyyəsidir.

“Verian” siyasi barometrinə görə isə fransızların yalnız 14 faizi ona etimad edir. Bu isə 1981-ci ildən bəri Baş nazir üçün qeydə alınan ən aşağı səviyyədir. Sosial sorğunun nəticələrinə görə, hətta onun öz tərəfdarları arasında belə etimad səviyyəsi aşağı düşüb.

Xatırladaq ki, F. Bayru mayın 14-də fiziki və cinsi zorakılıq aktları baş vermiş katolik məktəbi “Betharram” qalmaqalı ilə bağlı komissiya tərəfindən dindiriləcək. Reytinqi tarixi minimuma düşən Fransua Bayru gözlənilməz bir siyasi addım atmağa çalışır, dövlət kəsirlərinin azaldılması üçün referendum təklif edir. Onun bu təşəbbüsünün hakimiyyətdə daha çox qalması üçün atılan addım olduğu və əvvəlki reytinqini bərpa etməyə çalışdığı deyilir.

Baxış sayı: 4 673

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə