Bakı, 2 may, ARHD.AZ



Nazir: Biz mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsini prioritet kimi müəyyənləşdirmişik


Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində “Təchizatın təminatında dəyişən dinamikalar: çətinliklər və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib.

ARHD.AZ nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, energetika naziri Azərbaycanın neft və təbii qaz təchizatçısı kimi strateji rolunun müasir reallıqlarda davam etdirilməsi, bu xüsusda Türkiyə ilə birgə reallaşdırılmış layihələrin töhfələrinin artırılması və bu ölkəyə cari ildə təxminən 10 milyard kubmetr qaz tədarükünün planlaşdırılması kimi məqamlardan bəhs edib.

Bildirilib ki, Türkiyə bizim üçün yalnız istehlakçı deyil, həm də tranzit ölkəsi kimi böyük əhəmiyyətə malikdir. Məhz bu marşrut vasitəsilə Azərbaycan enerji resurslarını Avropa ölkələrinə nəql edir. Nazir, həmçinin vurğulayıb ki, karbohidrogenlərə qarşı siyasət qlobal enerji sistemində qaz sektoruna investisiyaların azalmasına, enerji resurslarının bazarlara çatdırılmasını təmin edəcək infrastrukturların çatışmazlığına yol açmaqla qaz təchizatı planlarının reallaşdırılmasına mane olur.

“Enerji mənbələrinə siyasi və ideoloji prizmadan yanaşmaq əvəzinə, real enerji strategiyalarının necə inkişaf etdiriləcəyi məsələsinə fokuslanmaq vacibdir. Çünki dünyada əhali, enerji tələbatı artır və gələcəkdə enerjini israf etmək imkanımız olmayacaq. Məhz buna görə də biz hazırda mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsini prioritet kimi müəyyən etmişik. Bir sıra regional layihələrə start vermişik və bu layihələr reallaşarsa, enerji təhlükəsizliyi və ətraf mühitə müsbət töhfə verəcək”, - deyə nazir vurğulayıb.

O da qeyd olunub ki, əgər Avropa böyük qaz tədarükü istəyirsə, bu istiqamətdə uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir: “Əks halda qaz hasilatına böyük sərmayə yatırmaq onu son təyinat nöqtəsinə çatdırmaq və bazarda satmaq üçün zəmanət olmadıqda riskli ola bilər. Yaşıl enerji interkonnektorlarına gəlincə, Azərbaycan bu xüsusda Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir. Bu layihələr təkcə regionları əlaqələndirməyəcək, həm enerji, həm də iqlim təhlükəsizliyinə xidmət edəcək. Bu layihələr gələcəyin enerji layihələridir”.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə İraq, Misir, Liviya, Bolqarıstan, Rumıniya və Moldova nazirləri də iştirak edib.

Baxış sayı: 6 543

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə