Rusiya KXDR hərbçilərinin Kursk vilayətinin azad olunmasında iştirakını etiraf edir

Moskva, 26 aprel, ARHD.AZ


Rusiya ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi qulluqçularının Kursk vilayətinin sərhədyanı rayonlarının azad edilməsində iştirakını rəsmən təsdiqləyib.

ARHD.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qarşısında məruzə ilə çıxış edən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

V.Gerasimovun sözlərinə görə, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş çərçivəsində fəaliyyət göstərən KXDR hərbçiləri region ərazisinə daxil olmağa cəhd edən Ukrayna Silahlı Qüvvələri qrupunun məhv edilməsinə mühüm kömək göstəriblər. O qeyd edib ki, koreyalı əsgər və zabitlər “Rusiya hərbçiləri ilə çiyin-çiyinə döyüş tapşırıqlarını yerinə yetirərək yüksək peşəkarlıq, mətanət, mərdlik və qəhrəmanlıq nümayiş etdiriblər”.

Baş Qərargah rəisi Kursk vilayətinin azad edilməsi əməliyyatının başa çatması və Sumı vilayətində təhlükəsizlik zonasının yaradılması barədə də məlumat verib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə