Cey Di Vens: ABŞ Ukrayna ilə bağlı diplomatik prosesdən çıxa bilər

Bakı, 23 aprel, ARHD.AZ



Ukrayna münaqişəsinin tərəfləri Vaşinqtonun nizamlanma təklifləri ilə razılaşmalıdır, əks halda ABŞ diplomatik prosesdə iştirakdan imtina edəcək.

ARHD.AZ “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bu barədə Hindistanda səfərdə olarkən deyib. Onun sözlərinə görə, Vaşinqton münaqişənin hər iki tərəfinə aydın şəkildə formallaşdırılmış təkliflər təqdim edib.

Cey Di Vens, həmçinin böhranı həll etmək və sülh razılaşmasına nail olmaq üçün həm Rusiyanın, həm də Ukraynanın atəşi dayandırmalı və ərazi güzəştlərinə getməli olduqlarını vurğulayıb.

Bundan öncə ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması prosesindən danışarkən hər hansı bir səbəbdən tərəflərdən birinin prosesi çətinləşdirəcəyi təqdirdə Vaşinqtonun bu vəzifədən əl çəkəcəyi barədə xəbərdarlıq etmişdi.

Aprelin 23-də ABŞ Dövlət katibi Marko Rubionun Ukrayna üzrə sülh danışıqlarında iştirakdan imtinasından sonra Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri Devid Lemmi, Jan Noel-Barro və Annalena Berbokun da London görüşündə iştirak etməyəcəkləri məlum olub.

Baxış sayı: 4 517

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə