Papa Fransiskin ölümü ilə əlaqədar ABŞ-da bayraqlar yarıya qədər endirilib

Vaşinqton, 22 aprel, ARHD.AZ



ABŞ Prezidenti Donald Tramp Roma Papası Fransiskin ölümü ilə əlaqədar ABŞ bayraqlarının yarıya qədər endirilməsi haqqında Sərəncam imzalayıb.

ARHD.AZ-ın məlumatına görə, Sərəncama əsasən bütün ictimai binalarda və ərazilərdə, hərbi postlarda və dəniz limanlarında, paytaxtdakı federal hökumət idarələrində və bütün ABŞ-da, o cümlədən Birləşmiş Ştatların xaricdəki səfirlikləri, nümayəndəlikləri, konsulluq idarələri və digər obyektlərində dəfn olunma günü gün batana qədər bayraqlar yarıya qədər endirilmiş vəziyyətdə qalacaq.

“O, yaxşı insan idi. O, dünyanı sevirdi və bunu etmək şərəfdir”, - deyə ABŞ Prezidenti Sərəncamla bağlı deyib.

Baxış sayı: 4 514

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə