Pekin “tarif müharibəsi” fonunda Çinin maraqlarına zidd olan heç bir razılaşmaya getməyəcək

Bakı, 21 aprel, ARHD.AZ



Rəsmi Pekin bazar ertəsi, aprelin 21-də bəyan edib ki, Çin hökuməti ABŞ və ticarət tərəfdaşları arasında Çinin maraqları bahasına tariflərin tətbiqi fonunda istənilən razılaşmaya qəti şəkildə qarşıdır.

ARHD.AZ Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözçüsünün bəyan etdiyinə görə, belə bir vəziyyət yaranarsa, Pekin bunu qəbul etməyəcək və qətiyyətlə müvafiq əks tədbirlər görəcək.

Agentlik bildirir ki, bu sözlər ABŞ-ın tariflərdən azad edilməsi müqabilində Çinlə ticarət əlaqələrini məhdudlaşdırmaq üçün digər ölkələrə təzyiq etməyə hazırlaşması haqqında xəbərlərə cavab olaraq verilib.

Ağ evin keçən həftə açıqladığı məlumat vərəqi Çinin ABŞ-a ixracatının 245 faizə qədər tariflərlə üzləşdiyini irəli sürüb. Nazirliyin sözçüsü qeyd edib ki, Pekinin öz qanuni hüquq və maraqlarını qorumaq əzmi və imkanı var. O əlavə edib: “Qondarma “qarşılıqlılıq” adı altında son vaxtlar Birləşmiş Ştatlar bütün ticarət tərəfdaşlarına özbaşına tariflər tətbiq edir, eyni zamanda, onları qarşılıqlı tarif danışıqları aparmağa çağırır. Bu, mahiyyət etibarı ilə “qarşılıqlılıq” adı altında hegemon siyasət yeritmək, həmçinin beynəlxalq iqtisadiyyat və ticarət sahəsində birtərəfli zorakılıq üçün bəhanə kimi istifadə etmək cəhdidir”.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə