Rusiya nüvə proqramı üzrə ABŞ ilə İran arasında aparılan bilvasitə danışıqları alqışlayır

Moskva, 14 aprel, ARHD.AZ



Rusiya İranın nüvə proqramı üzrə Vaşinqton ilə Tehran arasında Omanın paytaxtı Muskatda aparılan bilvasitə danışıqları alqışlayır və konkret nəticələrin əldə olunacağına ümid edir.

ARHD.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.

O vurğulayıb: “Biz hər zaman istənilən danışıqları onların nəticələrinə görə qiymətləndiririk. Başa düşdüyüm kimi, onlar gələn həftə davam edəcək, ona görə də biz nəticələrin konkret və nəzərəçarpacaq olacağını gözləyəcəyik. Biz danışıqların faktını alqışlayırıq. Əgər onların yekununda müsbət nəticələr əldə olunarsa, biz yalnız xoşbəxt olacağıq”.

Xatırladaq ki, aprelin 12-də Muskatda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla İranın xarici işlər naziri Abbas Araqçi arasında bilvasitə danışıqlar olub. Amerikanın xüsusi nümayəndəsinin sözlərinə görə, danışıqlar müsbət və konstruktiv keçib. İranlı nazir, həmçinin görüşün ab-havasını sakit adlandırıb, İran və ABŞ arasında fikir mübadiləsinə şərait yaratdığına görə Omanın xarici işlər nazirinə təşəkkür edib.

Danışıqların ikinci raundunun aprelin 19-da baş tutacağı gözlənilir.

Baxış sayı: 6 432

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə