BMT-nin Cenevrə ofisində minatəmizləmə əməliyyatlarına dəstək məsələləri müzakirə olunur

Bakı, 10 aprel, ARHD.AZ



BMT-nin Cenevrə ofisində minatəmizləmə əməliyyatlarına dəstək məsələləri müzakirə olunur.

ARHD.AZ təşkilatın məlumatına istinadla xəbər verir ki, aprelin 9-da Cenevrədə minatəmizləmə fəaliyyəti üzrə milli direktorların və BMT-nin minalardan təmizləmə üzrə məsləhətçilərinin 28-ci Beynəlxalq Görüşü (NDMUN28) rəsmi olaraq açılıb. Tədbir aprelin 11-dək davam edəcək.

Açılış nitqində Cenevrə Beynəlxalq Minatəmizləmə Mərkəzinin (CICHD) direktoru Tobias Privitelli artan ehtiyaclar, azalan resurslar və humanitar normalara qarşı təhlükələr qarşısında kollektiv fəaliyyətin aktuallığını vurğulayıb. O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizlənməsi Xidməti (UNMAS) ilə birgə təşkil edilən bu qabaqcıl tədbirdə dünya üzrə minalardan, kaset sursatlarından və digər partlayıcı qurğulardan təsirlənən 100 milyondan çox insanla bağlı öhdəliyi təsdiqləmək üçün qlobal mina təhlükəsi ilə mübarizə icması bir araya gəlib.

Tədbirdə diqqətə çatdırılıb ki, builki NDMUN BMT-nin “Təhlükəsiz gələcək buradan başlayır” devizi altında keçirilir. Görüş çərçivəsində üç gün ərzində beş plenar iclas, 30 panel sessiyası keçiriləcək.

Tədbirin açılışında Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlen Kon, BMT Baş katibinin Sülh Əməliyyatları üzrə müavini və BMT-nin Minalardan Təmizləmə üzrə Qurumlararası Əlaqələndirmə Qrupunun sədri Jan-Pyer Lekru, Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bölməsinin baş direktoru Tatyana Valovaya çıxış ediblər.

Çıxışlarda dünyanın müxtəlif müharibə və silahlı münaqişə zonalarında minatəmizləmə əməliyyatlarının dəstəklənməsi üçün lazımi məbləğdə maliyyə vəsaitinin ayrılması, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması, BMT-nin müvafiq strukturları ilə hökumətlər arasında ərazilərin minalardan təmizlənməsi üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yetirilib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə