Trampın rüsum siyasəti Cənubi Koreyanın milli valyutasının məzənnəsini aşağı salıb

Pekin, 9 aprel, ARHD.AZ




Trampın rüsum siyasəti Cənubi Koreyanın milli valyutasının məzənnəsini aşağı salıb


ABŞ Prezidenti Donald Trampın Çin başda olmaqla xaricdən idxal olunan mallara əlavə rüsumlar tətbiqi ilə qlobal iqtisadiyyatın üzləşdiyi gərginlik fonunda Cənubi Koreyanın milli valyutası olan vonun məzənnəsi zəifləyir.

ARHD.AZ Cənubi Koreya mediasına istinadla xəbər verir ki, aprelin 9-da vonun ABŞ dollarına nisbətdə məzənnəsi 1,48-ə enib. Əvvəlki günlə müqayisədə 1 ABŞ dolları 10,8 von bahalanıb. Bu, qlobal iqtisadi böhranla əlaqədar 2009-cu il martın 13-dəki məzənnədən də aşağıdır.

Koreya Bankı (BOK) və hökumət valyuta və maliyyə bazarlarının gözləniləndən daha uzun müddət ərzində artan dəyişkənliklə qarşılaşa biləcəyini xəbərdar edərək, lazım olduqda bazarı sabitləşdirmək üçün operativ tədbirlər görəcəyinə söz verib.

Qeyd edək ki, aprelin 2-də Donald Tramp dünyanın bir çox ölkəsindən idxal olunan mallara qarşılıqlı rüsum tətbiq ediləcəyini açıqlayıb. ABŞ ilə ticarət kəsiri yüksək olan ölkələrdən hesab edilən Cənubi Koreya mallarına isə 25 faizlik əlavə idxal rüsumunun tətbiq olunacağı açıqlanıb.

Baxış sayı: 5 432

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə