Tramp: İranla birbaşa danışıqlara başlamışıq

Nyu-York, 8 aprel, ARHD.AZ



“İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlara başlamışıq”.

ARHD.AZ-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra bildirib. ABŞ lideri deyib ki, danışıqlar aprelin 12-də keçiriləcək.

“Böyük görüşümüz olacaq və nəticəsinin nə olacağını görəcəyik. Məncə, razılaşmanın əldə olunması doğru olar”, - deyə Tramp jurnalistlərə bildirib.

ABŞ Pezidenti əlavə edib ki, o, razılığın əldə olunacağına ümid edir, çünki alternativ variant onun iştirak etmək istədiyi yol deyil.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə