Spiker: ABŞ Moldovaya bəzi maliyyə yardımlarını bərpa edəcək

Kişineu, 7 aprel, ARHD.AZ



Amerika Birləşmiş Ştatları Moldovada bəzi layihələrin maliyyələşdirilməsini bərpa edəcək.

ARHD.AZ Moldova mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ-dan işgüzar səfərdən qayıdan Moldova Parlamentinin spikeri İqor Qrosu deyib. "Bəzi layihələrin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılıb. Yaxşı siqnallar var. Layihələrin adını çəkmək istəmirəm, amma bizim eşitdiyimiz layihələr var, onlar prioritet sahələrdədir”, - deyə İqor Qrosu bildirib.

Xatırladaq ki, Donald Tramp vəzifəyə gəldikdən sonra ABŞ-ın Moldovaya maliyyə layihələrini dayandırıb.

Baxış sayı: 3 504

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə