Karoli Matrai: Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi qlobal xarakter daşıyan layihədir

Bakı, 7 aprel, ARHD.AZ



Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi qlobal xarakter daşıyan enerji nəqli layihəsidir. Bu layihənin texniki-iqtisadi əsaslandırılması bu ilin üçüncü rübündə hazır olacaq.

ARHD.AZ xəbər verir ki, bu sözləri ADA Universitetində “İnnovativ yollarla yaşıl gələcəyə doğru” mövzusunda keçirilən beynəlxalq konfransın panel iclasında Macarıstanın MVM şirkətinin rəhbəri Karoli Matrai deyib.

O bildirib ki, texniki-iqtisadi əsaslandırma ilə bağlı sənədi CESI şirkəti hazırlayır.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin reallaşması üçün 2 milyard avro sərmayə lazım olacaq. Layihə region ölkələri ilə yanaşı Şərqi və Mərkəzi Avropa dövlətləri üçün də səmərəlidir. Bu layihə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, dövlətlərin iqtisadi inkişafına böyük təkan verəcək. Layihə çərçivəsində tikinti işləri 3 il dava edə bilər. Dünyanın bir sıra regionlarında bənzər layihələr həyata keçirilib”, - deyə Karoli Matrai əlavə edib.

Baxış sayı: 3 501

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə