Müqəddəs Taxt-Tac: Papa Fransiskin səhhəti ilə bağlı müsbət irəliləyiş davam edir

Vatikan, 5 aprel, ARHD.AZ



Müqəddəs Taxt-Tac: Papa Fransiskin səhhəti ilə bağlı müsbət irəliləyiş davam edir


Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti ilə bağlı müsbət irəliləyiş davam edir.

ARHD.AZ xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, pontifik dərman müalicəsini davam etdirir və mütəmadi olaraq tənəffüs fizioterapiyasından keçir, mexaniki ventilyasiya maskasına ehtiyac duymur. Analizlər nəfəsalma və səs baxımından bir qədər yaxşılaşma olduğunu göstərir.

“Son günlər aparılmış qan analizləri isə infeksion göstəricilərdə cüzi yaxşılaşmanın olduğunu nümayiş etdirir. Ağciyər infeksiyası hələ də qalır, lakin hazırda bir qədər yaxşılaşma müşahidə olunur”, - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilmiş, ona polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu. Roma Papası xəstəxanada 38 gün qaldıqdan sonra martın 23-də evə buraxılmışdı.

Baxış sayı: 3 445

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə