Roma Papası iki dəfə kəskin tənəffüs çatışmazlığı keçirib

Vatikan, 3 mart, ARHD.AZ



Roma Papası iki dəfə kəskin tənəffüs çatışmazlığı keçirib


Xəstəxanada müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk bu gün iki dəfə kəskin tənəffüs çatışmazlığından əziyyət çəkib.

ARHD.AZ xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Kəskin tənəffüs çatışmazlığı pontifikin bronxlarında əhəmiyyətli miqdarda mukus yığılması və bununla əlaqədar bronxospazm olması nəticəsində baş verib. Buna görə də iki bronxoskopiya aparılıb. Mexaniki ventilyasiya yenidən bərpa edilib. Papa bu proseslər zamanı həmişə aşıq olub. Klinik mənzərə mürəkkəb olduğundan həkimlər xəstəliyin gedişatına ehtiyatlı yanaşırlar”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Baxış sayı: 3 405

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə