ABŞ Qazaxıstan məhsullarına tətbiq edilən rüsumları artırıb

Bakı, 3 aprel, ARHD.AZ



Donald Tramp administrasiyası Qazaxıstanı “America First” siyasəti çərçivəsində yeni ticarət tarifləri tətbiq edilən ölkələr siyahısına daxil edib.

ARHD.AZ Kazinform xəbər agentliyinə istinadla xəbər verir ki, Ağ ev öz sosial media platformasında tariflərin tətbiq edildiyi ölkələrin siyahısını dərc edib.

Məlumata görə, Qazaxıstan Amerika mallarına 54 faiz rüsum tətbiq edir və buna cavab olaraq ABŞ Qazaxıstandan gələn məhsullara 27 faiz rüsum tətbiq edəcək.

Cədvəldə Qazaxıstan Hindistan (26 faiz), Cənubi Koreya (25 faiz), Yaponiya (24 faiz) və Malayziya (24 faiz) ilə bir qruplaşdırılıb.

“Newsweek”in məlumatına görə, ən yüksək tariflər Sen-Pyer və Mikelon (50 faiz), Lesoto (50 faiz), Kamboca (49 faiz), Vyetnam (46 faiz), Şri Lanka (44f aiz), Myanma (44 faiz), Laos (48 faiz), Suriya (41 faiz) və İraqa (39 faiz) təsir edəcək .

ABŞ İqtisadi Təhlil Bürosunun məlumatına görə, 2024-cü ildə ölkənin ticarət kəsiri 918,4 milyard dollar təşkil edib. Bu kəsirə ən böyük töhfə verənlər Çin (295,4 milyard dollar), Avropa İttifaqı (235,6 milyard dollar), Meksika (171,8 milyard dollar) və Vyetnam (123,5 milyard dollar) olub.

Baxış sayı: 4 572

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə