Prezident İlham Əliyev milli bayram münasibətilə şri-lankalı həmkarını təbrik edib

Prezident İlham Əliyev milli bayram münasibətilə şri-lankalı həmkarını təbrik edib


Bakı, 4 fevral, ARHD.AZ


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı münasibətilə Prezident Anura Kumara Dissanayakeyə təbrik məktubu ünvanlayıb.

ARHD.AZ xəbər verir ki, məktubunda milli bayram – Müstəqillik Günü münasibətilə Anura Kumara Dissanayakeyə və bütün Şri-Lanka xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirən dövlətimizin başçısı qeyd edib: “İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli qaydada dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm”

Baxış sayı: 4 399

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə