Media: ABŞ-ın Rusiya ilə yaxınlaşması NATO-nun əsaslarını sarsıda bilər

Bakı, 2 aprel, ARHD.AZ



Media: ABŞ-ın Rusiya ilə yaxınlaşması NATO-nun əsaslarını sarsıda bilər


Avropalı diplomatlar hesab edirlər ki, Vaşinqtonun Moskva ilə yaxınlaşması Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əsaslarını sarsıda bilər.

ARHD.AZ xəbər verir ki, bu barədə “France-Presse” agentliyinin məqaləsində deyilir. “ABŞ hələlik heç bir konkret qərar qəbul etməsə də, alyansın əsaslarına hər gün yeni zərbə vurur”, - deyə məqalədə bildirilir.

Agentlik qeyd edir ki, ABŞ administrasiyasının Rusiya ilə əlaqələri möhkəmləndirmək cəhdləri alyansda Vaşinqtonun Moskvanın tərəfini tuta biləcəyi ilə bağlı qorxuya səbəb olub.

Eyni zamanda, Qərb siyasətçiləri Donald Trampın Rusiya ilə dialoqunun Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlar strategiyasının bir hissəsi ola biləcəyini etiraf edirlər.

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında martın 18-də baş tutan telefon danışığı zamanı Ukrayna müharibəsində 30 günlük atəşkəs rejimi, eskalasiyanın qarşısının alınması və bir sıra beynəlxalq məsələlər müzakirə olunub. Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin tərəflərin enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtinası ilə bağlı Ağ evin təklifini qəbul edib.

Baxış sayı: 6 533

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə