İtaliya sahillərində zəlzələ olub

Roma, 1 aprel, ARHD.AZ



İtaliyanın cənubundakı Apuliya regionu sahillərində, Qarqano və Tremiti adaları arasında 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

ARHD.AZ xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb. Episentri San Nikandro Qarqaniko şəhərinin Foggia bələdiyyəsindən 14 kilometr aralıda, dənizdə olan zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.

Dağıntı və insan tələfatı qeydə alınmayıb.

 
Baxış sayı: 3 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə