Gürcüstan parlamenti yayımçının xaricdən maliyyələşməsini qadağan edən qanunu təsdiqləyib

Tbilisi, 1 aprel, ARHD.AZ



Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib. Qanunun lehinə 86 deputat səs verib.

ARHD.AZ xəbər verir ki, yeni qanun ABŞ-ın FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) modelinə əsaslanır.

Sənəd prezident tərəfindən imzalandıqdan və ölkənin qanunverici orqanının rəsmi saytında dərc edildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, qanun Gürcüstanda böyük ictimai etirazlara səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti qanunun söz və media azadlığını məhdudlaşdıracağını iddia edir. Hakimiyyət isə bildirir ki, sənəd şəffaflığın artırılmasına və xaricdən maliyyələşən təşkilatların hesabatlılığının təmin olunmasına xidmət edir.

Baxış sayı: 4 387

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə