Cənubi Koreya məhkəməsi prezidentin taleyinə aydınlıq gətirəcək

Bakı, 1 aprel, ARHD.AZ



Koreya Respublikasının Konstitusiya Məhkəməsi aprelin 4-də prezident Yun Sok Yolun işi ilə bağlı qərar çıxaracaq.

ARHD.AZ xəbər verir ki, “New York Times” qəzetinin məlumatına görə, məhkəmənin hökmü siyasətçinin vəzifədən birdəfəlik uzaqlaşdırılacağına və ya hakimiyyətə qaytarılacağına aydınlıq gətirəcək. Yun Sok Yolun vəzifədən kənarlaşdırılması üçün səkkiz hakimdən azı altısının razılığı tələb olunur, əks halda o, səlahiyyətlərini bərpa edəcək.

Xatırladaq ki, 2024-cü il dekabrın 3-də prezident Yun Sok Yol ölkədəki KXDR tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək respublikada hərbi vəziyyət rejimi elan etmişdi. Daha sonra Cənubi Koreya prokurorluğu onu qiyamda ittiham edərək vəzifədən kənarlaşdırmışdı.

Baxış sayı: 4 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə