NATO ölkələri genişmiqyaslı hava qüvvələri təlimlərinə başlayır

Bakı, 31 mart, ARHD.AZ


NATO-ya üzv ölkələr bazar ertəsi genişmiqyaslı hərbi hava qüvvələrinin “Ramstein Flag 2025” təlimlərinə başlayır

ARHD.AZ xəbər verir ki, aprelin 11-dək davam edəcək təlimlərdə NATO-nun 15 ölkəsindən 90 hərbi təyyarə iştirak edəcək. Uçuşların həyata keçirilməsi üçün NATO-nun Avropadakı 12 aviabazasından istifadə olunacaq. Əməliyyatlar Niderlanddakı Leuvarden Hava Bazasından idarə olunacaq.

ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığına görə, təlim döyüş qabiliyyətini, inteqrasiya olunmuş hava və raketdən müdafiəni hazırlamaq və nümayiş etdirmək üçün nəzərdə tutulub. Manevrlər, xüsusən, NATO qüvvələrinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəyə əsasən yerləşdirildiyi halda, dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə sisteminə qarşı hərəkətlərin simulyasiyasını əhatə edəcək.

Baxış sayı: 3 325

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə