30 mart 2025 ARHD.AZ


İsrail vasitəçilərdən Qəzza ilə bağlı təklif alıb


İsrail vasitəçilərdən Qəzza zolağı ilə bağlı təklif aldıqdan sonra cavab təklifi irəli sürüb.

“ARHD.AZ” xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının dəftərxanası məlumat yayıb.

“Baş nazir Binyamin Netanyahu vasitəçilərdən alınmış təklifdən sonra bir sıra məsləhətləşmələr keçirib. Son saatlarda İsrail Birləşmiş Ştatlarla tam əməkdaşlıq şəraitində vasitəçilərə öz qarşı təklifini təqdim edib”, – bəyanatda deyilir.

Daha əvvəl HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı Misir və Qətərin şərtlərini qəbul edib. Bu ölkələr radikallar və İsrail arasında danışıqlarda vasitəçi kimi çıxış edirlər.


Baxış sayı: 6 757

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə