Kanadanın Baş naziri plagiatda ittiham olunur

London, 29 mart, ARHD.AZ


Kanadanın Baş naziri və İngiltərə Bankının keçmiş rəhbəri Mark Karni Oksford Universitetində müdafiə etdiyi doktorluq dissertasiyasında plagiatda ittiham olunur.

ARHD.AZ “The Telegraph”a istinadla xəbər verir ki, o, 1995-ci ildə Nuffield Kollecində iqtisadiyyat üzrə müdafiə etdiyi dissertasiyanın 10 hissəsinin digər mənbələrdən istinad olmadan köçürüldüyü iddiaları ilə üzləşib.

M. Karninin dissertasiyasından yayımlanan bəzi hissələrdə sitatlar, paraqraflar və ya cüzi dəyişikliklərlə təqdim edilmiş mətnlərin əvvəlki elmi işlərdən götürüldüyü, lakin lazımi şəkildə istinad edilmədiyi iddia edilir.

Britaniya Kolumbiyası Universitetindən Ceffri Siqalet bildirib: “O, mətnləri birbaşa sitat vermədən təkrarlayır. Bu, plagiatdır”.

Bildirilib ki, Karni iqtisadçı Maykl E.Porterin 1990-cı ildə nəşr etdirdiyi “Millətlərin rəqabət üstünlüyü” kitabından bəzi fikirləri öz adı ilə təqdim edib. O, sözügedən mənbəyə dissertasiyada bir neçə dəfə istinad etsə də, bəzi hallarda bunu etmədiyi iddia olunur. Mark Karni isə iddiaları rədd edib.

Baxış sayı: 3 248

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə