Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

Vaşinqton, 25 mart, ARHD.AZ


“Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq”.

ARHD.AZ-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp kabinetlə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, görüşdə xəzinədarlıq katibi Skot Bessent sazişin tamamlanmaq üzrə olduğunu deyib.

Sazişin ötən ay Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı imzalanacağı planlaşdırılırdı. Lakin Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vans ilə gərgin görüşündən sonra imzalanma təxirə düşüb.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə