Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının (husilər) tərəfdarları Təl-Əvivdəki Ben-Qurion aeroportuna hipersəs ballistik raket vasitəsilə zərbə endiriblər.

ARHD.AZ xəbər verir ki, üsyançılar tərəfindən formalaşdırılmış silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria belə bir bəyanatla çıxış edib.

“Silahlı qüvvələrin raket qoşunları işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv nəzərdə tutulur – red.) Ben-Qurion aeroportuna “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə zərbə endirib”, – Saria bildirib.

Xatırladaq ki, martın 22-də “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, həmçinin “USS Harry Truman” aviadaşıyıcısının başçılıq etdiyi Amerika aviadaşıyıcı qrupuna zərbələr endirdiklərini bildirmişdilər.

Baxış sayı: 2 333

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə