22 mart 2025   ARHD.AZ

Husilər Ben-Qurion aeroportuna və Qırmızı dənizdə ABŞ gəmilərinə zərbə endirdiklərini bildiriblər


Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, həmçinin “USS Harry Truman” aviadaşıyıcısının başçılıq etdiyi Amerika təyyarə daşıyıcı qrupunun gəmilərinə zərbələr endiriblər.

“ARHD.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı husilər tərəfindən formalaşdırılmış silahlı qüvvələrin bəyanatını dərc edərək bildirib.

“Biz işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv nəzərdə tutulur – red.) Ben-Qurion hava limanına “Fələstin-2” hipersəs ballistik raketi ilə hücum etdik. Bütün aviasiya şirkətlərini xəbərdar edirik ki, Ben-Qurion aeroportu hava hərəkəti üçün təhlükəsiz deyil və belə də qalacaq. Hərbi Hava Qüvvələri “USS Harry Truman” Amerika təyyarə daşıyıcısı ilə əlaqəli bir sıra hərbi gəmilərə hücum əməliyyatı həyata keçirib”, – məlumatda deyilir.

Baxış sayı: 6 233

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə