BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Bakı, 23 mart, ARHD.AZ


Ötən il miqrantlar üçün tarixdə ən ölümcül il olub. Təhlükəli marşrutlarda təxminən 9 min nəfər həlak olub, onların hər on nəfərindən biri atışma kimi zorakı insidentlər nəticəsində həyatını itirib.

ARHD.AZ xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya Agentliyinin bəyanatında qeyd olunub.

2024-cü ildə miqrasiya marşrutlarında azı 8938 nəfər həyatını itirib. Ən çox ölüm halları Asiya marşrutlarında qeydə alınıb, ardınca Aralıq dənizi və Afrika marşrutları, o cümlədən Səhrə çölü gəlir.

“Reuters” agentliyinin məlumatına görə, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında miqrantlar arasında ölüm hallarının azı 10 faizinin zorakılıq nəticəsində baş verdiyi bildirilir.

2021-ci ildən etibarən miqrantlar arasında qeydə alınan ölüm hallarının ümumi illik sayı artır. Bununla yanaşı, BMqT-nin məlumatına görə, hər il minlərlə ölüm halı rəsmi qeydiyyata alınmaması səbəbindən nəzərə alınmır.

Baxış sayı: 2 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə