Cənubi Koreyada beş müxalifət partiyasının deputatları prezident səlahiyyətlərini icra edən Çoy San Mokun impiçmenti üçün Milli Assambleyaya (parlament) müraciət ediblər.

ARHD.AZ “Renhap”"a istinadən xəbər verir ki, impiçmentə səbəb Çoyun Konstitusiya Məhkəməsinə sonuncu hakimi təyin etməkdən imtina etməsi olub.

“Konstitusiya Məhkəməsinin yekdil qərarına baxmayaraq, Çoy üç həftədir onun icrasına məhəl qoymur”, - Demokrat Partiyasının nümayəndəsi Kim Yon Min deyib

Dekabrın sonlarında Çoy iki hakim təyin edib, lakin iki partiyalı konsensusa ehtiyac olduğunu əsas gətirərək müxalifətin namizədi olan Ma Eun Hyoku təsdiqləməkdən imtina edib.

Demokrtat Partiyası Konstitusiya Məhkəməsinin Çoyun imtinasının konstitusiyaya zidd olduğunu açıqladığını və Milli Assambleyanın hüquqlarını pozduğuna bildirərək bu addımı kəskin tənqid edib.

Qanuna görə, impiçmentlə bağlı səsvermə təşəbbüsün plenar iclasda təqdim edilməsindən sonra 24 saatdan gec olmayaraq keçirilə bilər. Amma orası da var ki, hakim “Toburo” partiyası parlamentdəki 300 yerdən 170-nə nəzarət edir və səs çoxluğuna malikdir.

Baxış sayı: 2 000

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə