Hərbi prokuror Müdafiə Nazirliyinin Xüsusi təyinatlıları ilə görüşüb


“ARHD.AZ” xəbər verir ki, Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Xüsusi təyinatlıları ilə görüşüb.


Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.


Daha sonra Vətən müharibəsində xalqımız və Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən, eləcə də əldə olunan şanlı qələbədən danışılıb.


Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər.


Ardınca Xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib.


Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb


 

Baxış sayı: 2 991

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə