Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Bakı, 23 mart, ARHD.AZ


Sinoptiklərin məlumatına əsasən sabah yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsindən ARHD.AZ-a verilən məlumata görə, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram tətili ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.

Baxış sayı: 3 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə